İsmayıllıda 3.4 bal zəlzələ olub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb

Bildirilib ki, zəlzələnin dərinliyi 4 km-dir. Zəlzələ yerli vaxtla 18:03-də qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, Basqal, Lahıc qəsəbələrində, Əhən kəndində və ətraf yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

.