
İsmayıllı rayonunda sərnişin mikroavtobusu yoldan çıxaraq aşıb.
Yenizaman.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, 5 nəfər xəsarət alıb. Hadisə bu gün saat 10:00 radələrində Muğanlı-İsmayıllı yolunun 25-ci kilometrliyində İsmayıllının Basqal kəndi ərazisində qeydə alınıb.
Bakı-Şəki marşrutu ilə hərəkət edən "Ford Tranzit” markalı sərnişin mikroavtobusun sürücüsü idarəetməni itirdiyindən maşın yoldan çıxaraq aşıb.
Yaralılar İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ölən və yaralanan şəxslərin şəxsiyyəti hələlik müəyyən edilməyib. Hadisəyə səbəb kimi havanın yağmurlu, yolun sürüşkən olması bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
.