İsmayıllıda qabanın ovçunu parçalaması hadisəsinin təfərrüatları bəlli olub. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında İsmayıllı rayonu ərazisindəki meşədə baş verib.
Bağəli kənd sakini Nəcəfov Əbülfəz Hacı oğlu dostları ilə birlikdə Yuxarı Gülyan kəndi ərazisində ovda olarkən çöl qabanının hücumuna məruz qalıb. Nəticədə aldığı xəsarətdən Ə. Nəcəfov yerindəcə keçinib.AzNews
.