İsmayıllıda 26 yaşlı şəxs çayda batıb.

Hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü rayonun Qalacıq kənd sakini Qurbanov Faiq Qurban oğlu çayda çimmək istəyərkən qəfildən suda batıb.

Əraziyə FHN-nin əməkdaşları cəlb olunub, axtarışlar davam edir.

.