Özbəkistan prezident İslam Kərimov çoxları üçün gözlənilmədən ictimaiyyət qarşısına çıxıb.
Virtualaz.org saytı xəbər verir ki, İ.Kərimov onun prezidentliyə namizədliyini növbəti dəfə irəli sürən Özbəkistan Liberal-Demokrat Partiyasının təşkil etdiyi Sahibkarlar və İşgüzar Adamlar Hərəkatının qurultayında iştirak edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Qərb KİV-lərində İslam Kərimovun səhhətinin qəfildən pisləşməsi və onun komaya düşməsi barədə məlumatlar yayılmışdı.


.