Qərb hökumətlərinin gözündə İslam Dövləti təşkilatının döyüşçüləri girovçu, qatil və terrorçudurlar, lakin Suriyadakı Deyr əl-Zor şəhərində onlar hakimiyyət başındadırlar.
BBC müxbiri Paul Wood və komandası İslam Dövləti qrupundan qaçaq düşmüş bir şəxslə Türkiyədə söhbət edib.
"Mən onlara qorxu üzündən qoşulmuşdum", o deyib. "Onlara qoşulanlardan bəziləri doğrudan da inanırlar ki, qətl və şallaq İslamı yaymağın yeganə yoludur. Lakin başa düşəndə ki, bütün bunlar yanlışdır, çıxıb gedə bilmirlər".
Amma bəziləri cihadçıları qərblilərin və başqalarının başlarının kəsilməsinə rəğmən yox, məhz elə buna görə dəstəkləyirlər.
.