"İslam dövləti”nin (İŞİD) paytaxtı hesab olunan Suriyanın Rakka şəhərində İŞİD-in döyüşçülərindən biri anasını edam edib.
Publika.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatındakı mənbə bildirib.
Mənbənin sözlərinə görə, 20 yaşlı İŞİD-çi Əli Sakr anasını dini ideyalardan uzaqlaşmaqda ittiham edərək məhkəməyə verib. İŞİD liderlərinin keçirdiyi məhkəmədə qadına ölüm hökmü çıxarılıb. Əli Sakr hökmü şəxsən yerinə yetirərək anasının başını kəsib.
Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, anası oğluna İŞİD-dən ayrılmağı və rejim qüvvələrinin nəzarətində olan əraziyə getməyi məsləhət görürdü.
.
