
AzadXeber.az-ın "ABNA"ya istinadən verdiyi məlumata görə, "İŞİD" terror təşkilatı müqəddəs Qurani-Kərimi dəyişdirmək və Kəbə evini yıxmaq üçün qərar qəbul edib. Terrorçular din və məzhəb böyüklərinin kafir olduğunu və Quranı istədikləri kimi dəyişdirdiklərini bildiriblər.
Belə ki, terrorçular "Təthir" ayəsinin (Əhzab 33) təhrif olunduğunu, bu səbəbdən də Quranın mütləq düzəlişə ehtiyac olduğunu iddia ediblər. "İŞİD"çilərdən biri Twitter şəbəkəsində yazıb ki, din alimləri Qurandan öz məqsədləri üçün istifadə edir. Buna görə də, bəzi surə və ayələrin yeri dəyişdirilməli, bəziləri Qurani-Kərimdən çıxarılmalı, bəziləri isə yenidən yazılmalıdır.
Başqa bir terrorçu isə sosial şəbəkədə Həcc ziyarətinə gedən müsəlmanları kafir adlandırıb: "Əbubəkir Əl-Bağdadi Kəbə evini sökməyə hazırlaşır. Çünki hacılar Kəbəyə əllərini sürtərək müşrik olurlar və şeytan daşlamaq haramdır".
.