İŞİD şəbəkəsinin 100 suriyalı qadını Fəllucədə inşa etdiyi cinsi köləlik bazarında satıb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə İraq İnsan Haqları Nazirliyinin verdiyi açıqlamada bildirilib.

Məlumata görə, hər gün iftardan sonra açılan bazarda olan qadınlar cihad nikahı adı altında 2 min ABŞ dollarına satılır: «İŞİD terror təşkilatı İraqın Ənbar vilayətinin Fəlluca qəsəbəsində xüsusi təşkil etdiyi yarışlarda "Qurani- Kərimi" əzbərləyərək ilk 3 yeri tutan qaliblərə kölə bazarında satılan qadınlar hədiyyə olaraq verilir».

İraq İnsan Haqları Nazirliyinin verdiyi açıqlamada İŞİD üzvlərinin 2 gənci və 1 uşağı anasıyla birlikdə güllələyərək öldürdüyünü, həmçinin qəsəbəni tərk etmək istəyən iki qadının da təşkilat tərəfindən qaçırıldığı deyilib..