
İŞİD terror qruplaşmasının növbəti vəhşiliyi dünya ictimaiyyətinin ciddi narahatlığına səbəb olub.
Yenizaman.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, terror qruplaşmasının üzvləri Suriyanın Palmira şəhərində qədim Baal-Şamin məbədini yerlə-yeksan ediblər.
Qeyd edək ki, Palmira UNESCO tərəfindən qorunan Dünya İrsi siyahısına daxil edilən qədim şəhərdir.
.