"İslam dövləti” (İŞİD) terror qruplaşmasının rəhbərliyi döyüşçülərinə televizora baxmağı qadağan edib.
Virtualaz.org "Al Bawaba” portalına istinadən bildirir ki, məqsəd döyüşçülərin telekanallarda verilən anti-İŞİD proqramlara baxmasına mane olmaqdır.
Bundan başqa, İŞİD-in üzvlərinə televizorları təmir etmək, satmaq və almaq qadağan edilib. Qadağanın icrası üçün səhra komandirlərinə evlərin yoxlanılması, televizorlar, antenalar və başqa qurğuların məhv edilməsi barədə əmr verilib.
"Al Bawaba” xatırladır ki, "İslam dövləti” Qərb ticarət markaları ilə fəal mübarizə aparır. Məsələn, İŞİD daha əvvəl Suriyanın Rakka şəhərində Amerikanın "Nike” şirkətinin məhsullarından istifadəni qadağan edib. Şirkətin məhsulları "İslam normalarına zidd” hesab olunub.
Portalın məlumatına görə, İŞİD-in nəzarətindəki ərazilərdə yaşayan sakinlərə "ədəbsiz ingilis yazıları” olan geyimlərdən istifadə də qadağan olunub.

.