
Özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatı meyvə ticarətinə başlayıb. Terror təşkilatı bu ticarətlə insanları zəhərləməyi hədəfləyir. Belə bir iddia ilə Kürdüstan muxtariyyəti Kənd Təsərrüfatı və Su Resursları idarəsi çıxış edib.
Suriyada İŞİD-in işğal etdiyi bölgələrdən qaçaq yollarla meyvə gətirildiyinə diqqət çəkilib. Meyvələrə terroristlər tərəfindən zəhər daxil edildiyi ehtimal olunur.
İddialara görə, İŞİD kürd xalqına zərər vermək üçün bu yoldan istifadə edir. Hətta narların içinə bomba yerləşdirilməsi ehtimalının da olduğu deyilir. (anspress)