
İŞİD qruplaşması Almaniya və Avstriyada terror aktları həyata keçirmək niyyətində olduğu barədə video yayıb. Videoda həmçinin Almaniya kansleri Anqela Merkel ölümlə hədələnib.
APA-nın məlumatına görə, bu barədə "Die Welt” nəşri yazıb.
Sübut üçün silahlılar iki girovu edam edib. Edam İŞİD-in ələ keçirdiyi Suriyanın Palmira şəhərində baş tutub.
Qeyd olunur ki, silahlılar video görüntülərdə ilk dəfə olaraq alman dilində danışıb. Bu isə terrorçuların sırasında almaniyalı və avstriyalı cihadçıların olduğundan xəbər verir.
.