
İŞİD-in xəlifəsi Əbubəkr əl-Bağdadinin öldürülməsindən sonra təşkilatın başına kimin keçəcəyi ilə bağlı müzakirələr başlayıb. Yenizaman.az-ın xarici mətbuata istinadən xəbər verir ki, qruplaşmanın daxilində narkotik satıcısı kimi tanınan Səddam Camalın adı hallanmağa başlayıb. İŞİD lideri Əbubəkr əl-Bağdadinin ölümündən sonra onun yerinə Səddamın keçəcəyi bildirilir.