İraq Şam İslam dövləti (İŞİD) terror qruplaşması tutduğu əraziləri bir-bir itirir. İŞİD Kobani şəhərini tamamilə tərk edib. PKK terror təşkilatının bir qolu olan PYD rəhbərlərindən Abdullah, Kobaninin İŞİD işğalından necə azad edildiyini danışıb: "İŞİD bütün gücü ilə 134 gün boyunca Kobaniyə hücum etdi. Ancaq YPG ilə YPJ gücləri İŞİD hücumlarına qarşı ciddi mübarizə apardı. Bu mübarizə sayəsində bu gün Kobani azad edildi. Kobani artıq azadlığına qovuşub. Bu mübarizə hər kəsə İŞİD-in məğlub ola biləcəyini göstərdi. Biz inanırıq ki, Kobaninin bu azadlığı Mosula, Şengala və İŞİD-in işğal etdiyi bütün bölgələrə yayılacaq." 
Bizimyol.info
.