İŞİD terror təşkilatı İraqın Mosul şəhərində 27 nəfəri toka verərək öldürüb.
İnterAz-ın verdiyi xəbərə görə, bu barədə İraqın Kürdüstan Demokratik Partiyasının mətbuat katibi məlumat verib.
Bildirilib ki, İŞİD edam edilənləri ona qarşı üsyan və çevriliş etməkdə ittihamlandırıb. Terror təşkilatı Mosulun qədimi həbsxanasında qurbanlarını elektrik stollarına otuzduraraq edam edib.
Qeyd edək ki, İŞİD yeni edam və qətl növlərini həyata keçirməklə nəzarətindəki bölgələrdə sakinləri itaətkar olmağa vadar edir.
.
