Fevral ayının 3-də İŞİD-in bir neçə ay bundan qabaq əsir götürdüyü iordaniyalı pilotun edam səhnəsi internetdə yayılmışdı.
Avropa.info xəbər verir ki, ərəb mətbuatının bəzi xəbər saytları pilot Muaz Kəsəsibənin anasının oğlunun faciəvi sonluğuna dözməyərək öldüyü haqqında xəbər yayıb.
Xəbərdə iordaniyalı pilotun anasının vəziyyətinin pisləşdiyi üçün xəstəxanaya yerləşdirildiyi və həkimlərin səyinə baxmayaraq dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, İŞİD-in internetdə yaydığı video görüntüdə Kəsəsibənin bir qəfəsə salınaraq yandırıldığı əks olunurdu.
bizimyol.info
.
