İŞİD-in ötən günlərdə yayımladığı videoda 10 yaşlı uşağa edam etməyi öyrədən terrorçu məhv edilib.
ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşması tərəfindən yayımlana görüntülərdə rus kəşiyyatından olduğu iddia edilən iki nəfər əlləri bağlı şəkildə yerdə oturmuş, bir İŞİD yaraqlısı ilə yanında əlisilahlı azyaşlı uşaq göstərilmişdi.
İŞİD-in girovu olan rusların izahatı aldıqdan sonra edam edilir. Edamı isə İŞİD cəlladı Əbu Saad Dağıstaninin yanındakı uşaq həyata keçirib.
Uşaq üzərində təlim keçdiyi deyilən İŞİD-çi ötən gün Kobanidə həyata keçirilən hava hücumları nəticəsində öldürülüb.
Bundan başqa, ABŞ Silahlı Qüvvələri Mərkəzi komandanlığı (CENTCOM) koalissiyaya aid hərbi təyyarələrin ötən gün Kobanidə 6 hücum həyata keçirdiyini açıqlayıb.(anspress.com)
.