Onlarla terrorçu ölüb
Müttəfiqlər ötən gecə Kərkük əyalətinin cənub-qərbində Həmrin silsilə dağlarındakı "İŞİD" mövqelərinə aviazərbələr endiriblər.
Bu aviazərbələrdə "İŞİD"in bölgə liderlərindən olan Əbu-Hacər də daxil olmaqla onlarla terrorçu məhv edilib.
İraq ordusunun "Peşmərgə" qüvvələrinin briqada generalı Rəsul Qadirin sözlərinə görə, aviazərbələr zamanı "İŞİD"in xeyli texnikası da sıradan çıxıb.
İraqda ötən sutka ərzində döyüşlər Səlahəddin əyalətinin əl-Bələd qəzasında da baş verib. İraq ordusu və könüllülərdən ibarət hərbi briqadalar bu bölgənin "İŞİD"dən geri alınması üçün irimiqyaslı hücuma keçiblər. Əl-Ənbarın ər-Rəmadi şəhərində isə ordu qüvvələri nisbi irəliəyiş əldə edə biliblər. (interaz.tv)
.