İŞİD-in "Xorasan" olaraq adlandırdığı Əfqanıstan və Pakistan əraziləri üzrə lideri sayılan Hafez Sayeed, Əfqanıstanın Nangarhar şəhərində öldürülüb. Yenizaman.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Əfqanıstan Kəşfiyyat Xidməti tərəfindən yayılmış yazılı açıqlamada bildirilir ki, İŞİD-in Xorasan adlandırdığı bölgədə Hafez Sayeed adlı lider öldürülüb. Sayeed Əfqanıstanın şərq bölgəsində yerləşən Nangarhar şəhərinin Açin qəsəbəsində öldürülüb. NATO tərəfindən dünən reallaşdırılan hava hücumu zamanı Sayeedlə birlikdə 30 İŞİD terrorçusu da məhv edilib.
