
Suriyanın Kobani şəhərində kürd birləşmələrinin İŞİD-ə qarşı başladığı hücum nəticəsında silahlı qruplaşmanın əmiri öldürülüb.
ANS PRESS-in məlumatına görə, hücum gecə başlayıb və bu səhər davam edib. Gecə saatlarında kürd qüvvələri 8 İŞİD yaraqlısını öldürüb.
Səhər saatlarında isə hücuma ABŞ hərbi təyyarələri qoşulub. Kürd silahlı dəstələrinin komandiri Şirvan Spindareyi bildirib ki, hava hücumları nəticəsində 16 İŞİD yaraqlısı və qruplaşmanın Kobani əmiri, çeçen əsilli Cundullah Çiçani məhv edilib.
.