İŞİD terror təşkilatı 2020-ci ildə əhatə etməyi planladığı ölkələrin xəritəsini yayıb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, İraq və Suriyada böyük ərazini zəbt edən terror təşkilatı gələcək planlarında Afrika, Qafqaz və Avropaya göz dikib.
Terroristlər Suriyada və İraqda böyük bir xəlifəlik qurmaq niyyətindədir. İŞİD"-in 2020-ci ildəki xəritəsində indiki Türkiyə ərazisi Anadolu və Kürdüstana bölünüb. Terror təşkilatının yeni xəritəsində Şimali Afrika, Ərəb yarımadası, Qafqaz, Qərbi Asya, Türkiyə, Balkanlar və İspaniya öz torpaqları kimi işarətlənib.
.