"İslam dövləti” (İŞİD) radikal qruplaşmanın fəaliyyətinə aidiyyatı olduğunu bəyan edən haker qrupu ABŞ-ın silahlı qüvvələrinin və dövlət qulluqçularının yüzlərlə əməkdaşının şəxsi məlumatlarını dərc edərək, yaraqlıları onlara hücum etməyə çağırıb, NBC News telekanalı bildirib.

RİA Novosti xəbər verir ki, hakerlərə BBC, NASA əməkdaşlarının adlarının, elektron poçt ünvanlarının şifrələri və telefon nömrələrini, Nyu-York və Nyu-Cersi ştatlarının hakimiyyətinin, eləcə də dövlət departamentinin bir neçə əməkdaşının kredit kartlarının məlumatları bəllidir.
"Biz bu məlumatdan xəbərdarıq, amma biz onun hal-hazırda həqiqət olduğunu təsdiq edə bilmərik. Bizim əsas məqsədimiz xidmətdə olanların təhlükəsizliyidir”, - ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərindən telekanal sitat gətirib.
Kiber təhlükəsizlik məsələləri ilə məşğul olan "Flashpoint Intelligence” şirkəti telekanala bildirib ki, əgər bu haker hücumu realdırsa, o zaman İŞİD-in böyük səylə şəxsi informasiyanı yaymaqda məqsədi fərdi qəsdlərin təşkilidir.

.