
İraq Şam İslam Dövləti terror təşkilatı Fransanın Paris şəhərində "Charlie Hebdo” jurnalının redaksiyasına edilən terror hücumuna münasibət bildirib.
AzVision.az xəbər verir ki, İŞİD-in Tvitter sosial şəbəkəsindəki hesabında hadisə ilə bağlı bunlar bildirilib:
"Bu gün gündəmdə Fransadır. Qəhrəman cihadçılar 12 jurnalisti öldürdü və "Charlie Hebdo” jurnalının 10 əməkdaşını yaraladı”.
Qeyd edək ki, Məhəmməd peyğəmbərin karikaturasını yayımladığına görə hücuma məruz qalan jurnal əməkdaşlarından 12 nəfər öldürülüb, 20 nəfər yaralanıb.
.