
Somali vətəndaşı olan İŞİD üzvü Abu Usamah "Vice News" televiziyasının canlı yayımına qoşulub.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, 6 ay əvvəl İŞİD sıralarına qatıldığını söyləyən Usamah İsrail baş naziri Benyamin Netanyahu ilə bağlı şok sözlər söyləyib.
"İsrailin Qəzzada törətdiyi qırğınlara görə Benyamin Netanyahunu öldürdükdən və Nyu-Yorka hücum etdikdən sonra bəlkə döyüşə son qoya bilərik”, - İŞİD üzvü deyib.
O, "Allahın icazəsi ilə bu iki hədəfimizi reallaşdıracağıq” söyləyib və xüsusilə Nyu-Yorka planlaşdırılan hücum üçün çoxlu sayda İŞİD tərəfdarının səfərbər olunduğunu vurğulayəb.
"Bizi dayandıracaq bir güc yoxdur. Allah böyükdür”, – deyə Usamah canlı yayımda çıxışını tamamlayıb.
.