
İraq Şam İslam Dövləti (İŞİD) adlı terror qruplaşmasının insanlığa qarşı cinayət əməlləri bitmək bilmir.
Zəhərli heyvanları (ilanları, əqrəbləri, bövləri və s.) küplərə dolduran terror mənsubları bu küpləri şəhərlərə ataraq əhali arasılnda vahimə yaradırlar. Belə əməllər isanlara psixoloji baxımdan ciddi təsir göstərir.
NATO-nun bioloji və kimyəvi silahlar üzrə keçmiş mütəxəssislərindən biri İŞİD-in bu əməlini dəlilik adlandırıb. Bu zəhərli heyvanları güclü heyvanlar sayan keçmiş NATO mütəxəssisi küplər yerə dəyərək partlayan kimi içindən çıxan zəhərli heyvanların müxtəlif istiqamətlərə qaçaraq yaşayış məntəqələrinə yayıldıqlarını nəzərə çatdrıb.
NATO mütəxəssisinin sözlərinə görə, İraq ərəbləri Roma-Pers imperiyalarının savaşları zamanı özlərini Roma imperiyasının hücumlarından qorumaq üçün bu üsuldan istifadə ediblər.
.