
Özünü İraq Şam İslam Dövləti (İŞİD) adlandıran terror qruplaşması daha bir qəribə qərar verib. Yenizaman.az xəbər verir ki, Mosul şəhərində verilən qərara görə Allahın bəşər üçün göndərdiyi minlərlə peyğəmbərin sonuncusu, Tanrı dininin ən kamil formasını insanlara çatdıran, bütün yaradılanların ən üstünü olan Həzrəti Məhəmmədin (s) mövlud günü ləğv edilib. Qərar isə belə əsaslandırılıb: "Müsəlman ad günü qeyd eləməməlidir".
Qeyd edək ki, bütün dünya müsəlmanları İslam Peyğəmbəri Hz. Muhəmmədin (s) mübarək Mövlud, yəni doğum gününü qeyd edirlər. Lakin Suriyanın bir neçə şəhərində bu qeyd edilməyəcək.
Məhəmməd peyğəmbər (s) "fil ili"ndə, Miladi tarixi ilə 570-ci il Rəbiül-əvvəl ayının 17-də dünyaya göz açıb.
.