Suriyanın şərqində yerləşən Meyadin şəhərində mövqe tutmuş İŞİD döyüşçüləri arasında QİÇS epidemiyası yayılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə müstəqil Suriya agentliyi "ARA News” məlumat yayıb. Agentlik bildirir ki, QİÇS-ə tutulmuşları yerli xəstəxanada təcrid ediblər və onları kamikadze olmaq üçün dilə tuturlar.

Suriya agentliyi yazır ki, ən azı 16 nəfərdə QİÇS aşkarlanıb. Yoluxanların çoxu xarici muzdlulardır. Məlumatda o da bildirilir ki, İŞİD sıralarında QİÇS-ə tutulmuş döyüşçülər tez-tez rast gəlinir.
.