"İraq Şam İslam Dövləti” (İŞİD) terrorçuları mayın 21-də ələ keçirdikləri Suriyanın antik şəhəri olan Palmirada qədim mədəniyyət abidələrini və heykəlləri dağıdıblar.
Bu barədə Suriyanın Muzeylər və Tarixi Əsərlər İdarəsinin rəhbəri Memun Abdulkərim bildirib.
Onun sözlərinə görə, antik Palmira muzeyinin önündə yerləşən 1900 illik tarixi olan "El Lat Aslanı” heykəli İŞİD yaraqlıları tərəfindən parça-parça edilib. M.Abdulkərim deyib ki, 3 metr hündürlüyündə olan heykəlin dağıdılması İŞİD-in Suriyada indiyədək törətdiyi ən böyük vandalizm aktıdır.(publika.az)