İşğaldan azad edilmiş Azərbaycan torpaqlarındakı bütün kilsələr və məscidlər bərpa ediləcək.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.

H.Hacıyev bildirib: "Qəbələ rayonunda XII əsrə aid Müqəddəs Məryəm Ana kilsəsi tam təmir olunub və Azərbaycanın xristian icmasının istifadəsinə verilib. Onun təmirini bir müddət əvvəl Heydər Əliyev Fondu başlamışdır. İşğaldan azad edilmiş Azərbaycan torpaqlarındakı bütün kilsələr və məscidlər bərpa ediləcək".

.