“Baş verən qarşıdurmalar zamanı dinc insanların itkin düşməsi halları baş verir”.

Yenizaman xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O bildirib ki, XX əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində baş vermiş münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı qurumun yaradılması zərurətini yaradıb: “Azərbaycanın mülki əhalisi, ailə üzvlərinin yaxınları ilə birlikdə hədəfə alınıb. Beynəlxalq hüquqda ailələrin itkin düşmüş yaxınları ilə bağlı məlumat almaq hüququ var. Amma azərbaycanlı ailələr 30 il boyunca öz itkinləri barədə məlumat ala bilməyib. Hazırda azad edilmiş ərazilərdə bizə məlum olan məzar yerlərində qazıntı işlərinin aparılmasına əsas mane minalardır. Komissiyada olan məlumatlar göstərir ki, azad edilmiş, eyni zamanda hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə kütləvi məzar yerləri var. Plana uyğun olaraq, həmin ərazilərdə məzar yerlərinin müəyyən edilməsi üçün qazıntı və eqsqumasiya işləri həyata keçirilir”.

.