Müsavat Məclisinin üzvü, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynli partiyanın Milli Şura ilə bağlı qərarına qarşı çıxıb. O, "Azadlıq” qəzetinə deyib ki, Milli Şuranın üzvü olaraq qalacaq: "Partiyanın Milli Şuradan çıxmaq barədə qərarı yanlışdır və buna görə də mənim şura üzvlüyümə heç bir təsir yaratmır. Mən Milli Şuranı müxalifətin vahid güc mərkəzi hesab edirəm. Bu mərkəzin parçalanması, zəiflədilməsi istiqamətində atılan addımların məsuliyyətini bölüşmək fikrində deyiləm. Buna görə də Milli Şura üzvü olaraq qalacağam”.
Müsavat Demokratik Qüvvələrin Milli Şurasını yanvarın 6-da tərk edib. Partiyanı 2013-cü ilin iyun ayında yaradılmış Milli Şurada bu şəxslər də təmsil edib: İsa Qəmbər, Arif Hacılı, Arzu Səmədbəyli, Elxan Mehdiyev, Gülağa Aslanlı, İkram İsrafil, Qubad İbadoğlu, Mehman Cavadoğlu, Mustafa Hacıbəyli, Novella Cəfəroğlu, Osman Kazımov, Səxavət Soltanlı, Tofiq Yaqublu, Tural Abbaslı, Vəfa Cümşüdlü, Vurğun Əyyub.
.
