Müsavat başqanının müşaviri Səxavət Əlisoy vəzifəsindən istefa verib.
APA-ya danışan Səxavət Əlisoy deyib ki, Müsavat başqanlığına keçiriləcək seçkidə namizəd kimi sərbəst iştirak etmək istəyir: "Namizəd olduğum halda başqanın müşavirliyinin verdiyi siyasi avantajdan istifadə etmək istəmirəm. Sıravi müsavatçı kimi seçki kampaniyasında iştirak etmək niyyətindəyəm”.
Səxavət Əlisoy qeyd edib ki, istefası ilə bağlı Müsavat başqanı İsa Qəmbərə müraciət edib.
xatırladaq ki, avqustun 28-də Müsavat Partiyasında seçki prosesi başlayır. Qərarı qurultaya hazırlıq üzrə təşkilat komitəsi verib. Sentyabrın 27-nə təyin olunmuş qurultayın gündəliyində duran əsas məsələ başqan seçkisidir. Mərkəzi Nəzarət Təftiş Komitəsi üzvlərinin və sərbəst Məclis üzvlərinin seçilməsi də nəzərdə tutulur.
Təşkilat komitəsinin qərarına əsasən, seçkili orqanlara namizədlərin irəli sürülməsi 28 avqust səhər saat 10-da başlayır və 17 sentyabr səhər saat 10-da başa çatır.
Xatırladaq ki, ondan əvvəl başqanın digər müşaviri Hüseyn Məlik də istefa verib.
.