

Məşhur iş adamı Əli Ağaoğlunun özündən 38 yaş kiçik sevgilisi Duyğu Su Gülpınar tənqidlərə cavab verib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı Duyğu Su sosial şəbəkədə iş adamıyla puluna görə sevgili olması iddiasına belə cavab verib: "Məni tənqid edən qadınlar, Əli çağırsa, qaçaraq gələrsiniz. Onun pulunu yox, ürəyini sevirəm. Bir azdan "Rolls Royce” avtomobilimlə işimə gedəcəm. Siz də evləndirmə proqramlarını izləyərək mənə pis şərhlər yazın! Uşaq dünyaya gətirib, rahat həyatı seçmədim. Çalışıb pulumu qazanıram. Pulu sonradan görməmişəm'.
