İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 30 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hazırda hadisə yerində yanğınsöndürmə-axtarış əməliyyatları aparılır. Partlayış zamanı çökən binalardan birinin dağıntıları altında insanların qaldığı istisna edilmir.

***

İrəvanda "Surmalu" Ticarət Mərkəzində baş verən partlayış və yanğın nəticəsində ticarət mərkəzi ərazisindəki binalardan biri çöküb.

APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, şahidlər dağıntılar altında insanların qaldığını bildiriblər.

İlkin versiyaya görə, pirotexnik malların yerləşdiyi mağazanın olduğu bina çöküb.

Ermənistan Fövqəladə Hallar Nazirliyi ticarət mərkəzində partlayış nəticəsində 1 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını açıqlayıb.

.