Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəalları səhər tezdən İrəvanın mərkəzi küçələrini bağlamağa çalışırlar, polis onları saxlamağa başlayıb.

Bu barədə TASS məlumat yayıb.

Nümayişçilər mərkəzi Saxarova meydanında, hökumət binalarının yaxınlığında aksiya keçirirlər. Ermənistanın xüsusi təyinatlı polis qüvvələri ətraf küçələrin bağlanmasının qarşısını almağa çalışır.

.