İrəvannın Azadlıq meydanında baş vermiş insidentdə 37 nəfər saxlanılıb. ANS PRESS-in Ermənistan mətbuatına istinadən veriyi məlumata görə, toqquşmalar zamanı 8 polis xəsarət alıb. Onlardan biri bıçaqlanıb. İnsident zamanı 16 yaşlı bir yeniyetmənin də xasərət alaraq xəstənaya yerləşdirildiyi bildirilir.
Xatırladaq ki, noyabrın 5-də İrəvanın Maştos prospektində icazəsiz yürüşə çıxmış "Tseqakron” hərəkatının üzvləri ilə polis arasında toqquşma baş vermişdi .
Məlumata görə, dəyənəklərlə silahlanmış polislər yürüş iştirakçılarından dağılmağı tələb ediblər. Amma yürüş iştirakçıları polisə qarşı partlayıcı paketlər atıblar.
Polisin məlumatına görə, "Tseqakron” erməni hərəkatının lideri Şanta Arutyunyan erməni gənclərini zorakılığa çağırıb.
.