Ermənistan Prokurorluğunun İstintaq Komitəsi diversant Karen Petrosyanın Azərbaycanda ölümü ilə əlaqədar cinayət işi açıb.
APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, istintaq çərçivəsində K. Petrosyanın əsir düşməsinin təfərrüatları, eləcə də onun əsas insan hüquq və azadlıqları haqqında Konvensiyada nəzərdə tutulan hüquqlarının pozulub-pozulmadığı araşdırılacaq. Xatırladaq ki, K. Petrosyan avqustun 7-də erməni diversiya qrupunun tərkibində Azərbaycan ərazisinə keçib və yaxalanıb. Bir gün sonra isə qəfildən ölüb.
.
