"İrəli” İctimai Birliyinin yeni sədri Mirhəsən Seyidov təşkilatda dəyişikliklər etməyə başlayıb. Təşkilatda ictimaiyyətlə əlaqələr üzrə katibliyin məsul şəxsi (rəhbər) vəzifəsi Sitarə Quliyevaya həvalə olunub.
İyulun 2-də "İrəli”dən "Media forum” saytına bildiriblər ki, sədr Mirhəsən Seyidov bir neçə struktur və kadr dəyişiklikləri də həyata keçirib, gələn həftəyə təyin olunan mətbuat konfransında bununla bağlı açıqlama veriləcək.
Mirhəsən Seyidov iyunun 27-də "İrəli”nin IV hesabat-seçki konfransında sədr seçilib. Sədrin səlahiyyət müddəti iki ildir.
.