
Kürd peşmərgə qüvvələri İraqın şimal-şərqindəki Sincar şəhərini İŞİD terror qruplaşmasından azad edib.
Kürd silahlı birləşmələri İŞİD-ə qarşı iki gün əvvəl başladıqları genişmiqyaslı əməliyyatı davam etdirərək bu gün Sincar şəhərinə daxil olublar. Məlumata görə, peşmərgələr hazırda şəhərin və ətraf qəsəbələrin yollarını minalardan və partlayıcı qurğu təmizləyir.
Hazırda bölgədə qızğın döyüşlər davam edir. Əməliyyatın İraqın kürd bölgəsinin lideri Məsud Bərzaninin şəxsi komandanlığı altında keçirildiyi bildirilir.
.