İraqın baş naziri Nuri Əl-Maliki bu gün müəqddəs Kərbəla şəhərinə səfər edib. Baş nazir Maliki Kərbəla şəhərində müsəlmanların 3-cü imamı sayılan həzrəti Hüseyn (ə) və qardaşı Əbülfəzl Abbasın ziyarətgahında olub. Ziyarətgahdan çıxdıqdan sonra Nuri Əl-Maliki ölkədə baş verən terrordan və buna qarşı mübarizə metodlarından danışıb. İraqın hökumət rəhbəri bildirib ki, ölkədə terrorla mübarizə üçün İmam Hüseyn məktəbindən istidafə olunmalıdır.
Qeyd edək ki, Nuri Əl-Maliki daha sonra mövzu ilə bağlı bunları deyib: "İmam Hüseyn hərəkatından ilham almaqla azğınlıq və ifratçılığın qarşısını almalıyıq. Biz bu hərəkatla İslam dünyasında vəhdətin yaranmasına xidmət edə bilərik. Ədalətsiz qətliamlar İmam Hüseyn məktəbinin aşılanması ilə sona çata bilər."
.
