İraqda qaçırılan Türkiyənin 18 vətəndaşından ikisi sərbəst buraxılıb.
"Report" xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bigic bildirib.
Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Bakıda səfərdə olan T.Bigic jurnalistlərə deyib ki, Bağdadda qaçırılan 18 vətəndaşımızdan Necdet Yılmaz və Ercan Özpilavçı sərbəst buraxılıb.
Onların Bəsrə şəhərində sərbəst buraxıldğı bildirilib.
Xatırladaq ki, sentyabrın 2-də İraqın əl-Sədr şəhərində idman kompleksi tikintisində çalışan Türkiəynin 18 vətəndaşı qaçırılıb.
.
