İraqın təhlükəsizlik orqanlarının əməkdaşları ölkədə planlaşdırılan terror aktlarının qarşısını alıblar və paytaxt Bağdadda İŞİD terror qruplaşmasının rəhbərlərindən birini yaxalayıblar.

Bu barədə “Al-Sumaria” telekanalı İraqın təhlükəsizlik orqanlarının mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, Milli Təhlükəsizlik İdarəsinin Bağdad bölməsinin əməkdaşları pusqu təşkil edərək, İŞİD-in İraq üzrə başçılarından birini saxlayıblar. O, ölkədə terror aktları hazırlayırmış.

.