
Yenizaman.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Diyala yaşayış məntəqəsi yaxınlığında pilotsuz təyyarənin dağılmış planeri tapılıb.
Aparat vurulduqdan sonra paraşütlə məcburi enmə həyata keçirib.
Təyyarənin İŞİD terrorçu qruplaşması tərəfindən vurulduğu bildirilir.
Qeyd edək ki, «Mohajer-4» 150 kilometr hərəkət radiusuna malikdir, 7 saat uça bilir. Aparatın uçuş hündürlüyü 4500 metr, kreyser sürəti isə 200 km/saat təşkil edir.
.