İraqın Nümayəndələr Şurası (parlament) bu gün Əbdüllətif Rəşidi ölkənin yeni prezidenti seçib.
Bu barədə İraqın "Rudau" telekanalı məlumat yayıb.
Gizli səsvermənin ikinci turunda Əbdüllətif Rəşid son ana qədər - İraqın hazırkı prezidenti olan rəqibi Bərham Salehdən daha çox səs toplayıb.
Saleh səsvermənin yekun nəticələrini gözləmədən parlament binasını tərk edib.
.
