İraq ordusu və könüllü xalq qüvvələrinin Bəyci bölgəsində İŞİD terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatda 900 terrorçu öldürüldüyü, 200-ə yaxın terrorçunun isə yaralandığı bildirilib.
Səlahəddin vilayətinin şimalındakı Bəyci şəhəri İraq təhlükəsizlik qüvvələri və İŞİD terrorçuları arasında güclü qarşıdurmalara səhnə olub.
İraqın Səlahəddin şəhərinin əməliyyatlar komandiri Cümə Ənad açıqlama verərək, İraq təhlükəsizlik qüvvələrinin Bəyci şəhərində İŞİD bazalarına güclü hücumlar təşkil etdiyini və bu hücumlar zamanı İŞİD-in ağır itkilər ilə üzləşdiyini qeyd edib.
O, İraq təhlükəsizlik qüvvələri və könüllü xalq qüvvələrinin dəstəyilə Bəyci şəhərindən İŞİD terrorçularının qovulduğunu və hücumlar zamanı İŞİD terror təşkilatının silah və sursatlarının da məhv edildiyini bildirilib.
Digər tərəfdən, İŞİD terror təşkilatının İraqın Səqlaviyə və Fəllucə bölgəsinin ətrafına yerləşdirdiyi on minlərlə bombadan dörd minə yaxınının zərərsizləşdirildiyi bildirilib. (deyerler.org)
.
