Azərbaycan Tibb Universitetinin (ATU) İrandan olan tələbələri bu gün öz ölkələrinin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçiriblər.
Təqribən 45-50 dəqiqə davam edən aksiyanın səbəbi İranın ATU-nun verdiyi diplomları tanımaqdan imtina etməyə hazırlaşmasıdır.
Etiraza qalxan tələbələrin vətəninfo.az-ın aksiyanı izləyən əməkdaşına verdiyi məlumatda bildirilir ki, bir neçə gün öncə İran Təhsil Nazirliyinin əməkdaşı İran saytlarına açıqlamasında Azərbaycanda Tibb Universitetinin diplomunu bir həftənin içində pulla almağın mümkün olduğunu deyib və bu səbəbdən də ATU-nun diplomlarının rəsmi İran tərəfindən tanınmamasına çağırıb.
Tələbələr isə buna etiraz edərək bildirib ki, onlar ATU-da neçə illərdir oxuyurlar və ATU-nun verdiyi diplomlar beynəlxalq aləmdə tanındığı halda İran hansı səbəbdən diplomları tanımaya bilər.
Aksiyaçıların nümayəndəsi səfirliyin binasına daxil olsa da hər hansı bir nəticə əldə olunmadan geri dönüb və aksiya polisin müdaxiləsi ilə dağıdılıb.
.