Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik hissəsi Azər­baycan sərhədçiləri tərəfindən nəzarət altına götürülüb, bu istiqamətdə sərhəd mü­ha­fizə infrastrukturunun bərpa olunması sayəsində əvvəlki dövrlərdə bu ərazilərdən keçən narkotrafikə ciddi zərbə endirilib.

Bu barədə  Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbay­can-Rusiya dövlət sərhədində demarkasiya işləri davam etdi­ril­ib, hal-hazı­radək 178 ədəd sərhəd nişanı quraşdırılıb.

Azərbaycanın dəniz təhlükəsizliyi strategiyasına uyğun olaraq dənizdə neft-qaz infrastrukturunun mühafizəsi məqsədilə DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkan­ları gücləndirilib, gəmilərin idarəetmə heyətlərinin peşəkar­lığı təkmil­ləş­dirilib, dəniz yolu ilə narkotik qaçaqmalçılarına qarşı effektiv mübarizə aparılıb.

.