İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin üzvlərini siyahısını parlamentə təqdim edib.

Bu“barədə Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, Məsud Pezeşkian İran Konstitusiyasının 133-cü maddəsinə əsasən, hökumət üzvlüyünə etimad etdiyi şəxslərin siyahısını parlamentin sədri Məhəmmədbaqer Qalibafa təqdim edib.

Siyahını diqqətinizə çatdırırıq:

Əlirza Kazemi təhsil naziri, Səttar Haşemi əlaqələr və informasiya texnologiyaları naziri, höccətülislam Seyid İsmayıl Xatib ETTELAAT naziri, Abdul Naser Hemmati iqtisadiyyar və maliyyə naziri, Seyid Abbas Əraqçi xarici işlər naziri, Məhəmmədreza Zəfərqandi səhiyyə, müalicə və tibbi təhsil naziri, Əhməd Midari əmək və sosial təminat naziri, Qulamrza Nuri Kazalce kənd təsərrüfatı naziri, Amin Hüseyn Rəhimi ədliyyə naziri, Fərzanə Sadeq Malvacard yol və şəhərsalma naziri, Məhəmməd Atabek sənaye, dağ mədən hasilatı və ticarət naziri, Hüseyn Simai Saraf elm, araşdırma və texnologiya naziri, Seyid Abbas Salehi mədəniyyət və islam irşad naziri, İsgəndər Mömini daxili işlər naziri, Məhəmməd Reza Salehi Amiri mədəni irs və turizm naziri, Möhsün Pahnejad neft naziri, Abbas Əliabadi energetika naziri və Əhməd Dünyamalı idman və gənclik naziri.

Bildirilib ki, Seyid Abbas Əraqçi, Seyid Abbas Salehi, Abdul Naser Hemmati, Seyid Reza Amiri və Hüseyn Simai Saraf islahatçı sayılan prezident Həsən Ruhani hökumətində, Amin Hüseyn Rəhimi, Abbas Əliabadi və Seyid İsmayıl Xətib həlak olmuş prezident İbrahim Rəisinin başçılıq etdiyi Nazirlər Kabinetində prezident müxtəlif vəzifələr tutub. Məlumata görə, kabinet üzvlərinin orta yaşı 59 il 7aydır. Seyid Səttar Haşemi və Fərzanə Sadek 47 yaşla hökumətin ən gənc, 66 yaşlı Naser Hemmati isə hökumətin ən yaşlı üzvləridirlər.

Bundan sonra təqdim olunan şəxslərə parlamentdə etimad səsverməsi keçiriləcək.

.