İranın nüvə proqramı ilə bağlı Vyana danışıqları dayandırılır.

Bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.

O deyib ki, xarici faktorlarla əlaqədar Vyana danışıqlarına ara verilir.

“Mahiyyət etibarı ilə yekun mətn artıq hazırdır və masanın üstündədir. Koordinator olaraq mən öz komandamla mövcud vəziyyəti aradan qaldırmaq və müqaviləni tamamlamaq üçün Birgə Hərtərəfli Fəaliyyət Planının iştirakçıları və ABŞ ilə təmasa davam edəcəyəm”, - Borrell bildirib.

.